Avqust 11, 2025-8:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2023:12:21 - 17:40
in SOSİAL
A A
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 881-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 iyul tarixli 2208 nömrəli Fərmanının 2-сi hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633, № 10, maddə 1269, № 11, maddə 1411; 2021, № 3, maddələr 281, 287, 289, № 4, maddə 404, № 5, maddə 525, № 9, maddə 1080, № 10, maddə 1163; 2022, № 8, maddə 973, № 9, maddə 1100, № 11, maddə 1339, № 12, maddə 1552; 2023, № 3, maddə 434, № 7, maddə 1082; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 oktyabr tarixli 369 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qayda-ları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə “uşağa görə” sözlərindən sonra “, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 3.1-2-ci bənd əlavə edilsin:

“3.1-2. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 142.9-cu maddəsinə uyğun olaraq himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin imzalandığı gündən ən geci 5 (beş) iş günü müddətində himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət, habelə himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) olmaqla, birdəfəlik müavinət təyin edilir. Təyin edilmiş müavinətlər bu Qaydaların 5.4-cü bəndinə uyğun olaraq ödənilir.”;

1.3. 7.13.1-ci yarımbəndə “uşaqlara görə,” sözlərindən sonra “himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795, № 12 (II kitab), maddə 2730; 2019, № 1, maddə 165, № 3, maddə 532, № 7, maddələr 1318, 1334; 2020, № 10, maddə 1269, № 11, maddə 1389; 2022, № 4, maddə 382, № 9, maddə 1100, № 12, maddə 1552; 2023, № 6, maddə 846; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 oktyabr tarixli 381 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.24.3-cü yarımbəndinə “dəstəklənməsi üçün müavinət” sözlərindən sonra “, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət” sözləri əlavə edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 20 dekabr 2023-cü il

№ 459Azərtac

Əvvəlki Yazı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Növbəti Yazı

Fidan və Xuraman Qasımova bacılarının şərəfinə “İncəsənət işığında” adlı konsert keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.