İyun 17, 2025-21:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2023:11:02 - 13:08
in SİYASƏT
A A
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 iyul tarixli 2202 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 940; 2015, № 2, maddə 240; 2022, № 1, maddə 81) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.6-1, 1.9-1, 1.11-1, 1.17-1, 1.18-1, 1.18-2, 1.19-1, 2.5-1, 2.8-1, 2.10-1, 2.17-1, 2.18-1–2.18-3-cü bəndlər əlavə edilsin:

1.6-1. Tünd mavi rəngli yaz-payız, yay və qış beysbolkası 1 ədəd

(hər birindən)

2 il
1.9-1. Tünd mavi rəngli kapüşonlu gödəkcə 1 ədəd 5 il
1.11-1. Tünd mavi rəngli yaz-payız gödəkcəsi 1 ədəd 2 il
1.17-1. Açıq mavi rəngli uzunqol köynək 2 ədəd 2 il
1.18-1. Açıq mavi rəngli üçdüymə köynək 2 ədəd 1 il
1.18-2. Kişi və qadınlar üçün kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi və ya ətəyi düz uzunqol köynəklə geyinilən tünd mavi rəngli şalvar 1 ədəd 2 il
1.19-1. Kişi və qadınlar üçün üçdüymə köynəklə geyinilən tünd mavi rəngli yay şalvarı 1 ədəd 2 il
2.5-1. Tünd mavi rəngli yaz-payız, yay və qış beysbolkası 1 ədəd

(hər birindən)

2 il
2.8-1. Tünd mavi rəngli kapüşonlu gödəkcə 1 ədəd 5 il
2.10-1. Tünd mavi rəngli yaz-payız gödəkcəsi 1 ədəd 2 il
2.17-1. Açıq mavi rəngli ətəyi qurşaqlı uzunqol köynək 2 ədəd 2 il
2.18-1. Açıq mavi rəngli üçdüymə köynək 2 ədəd 1 il
2.18-2. Kişi və qadınlar üçün kapüşonlu gödəkcə, yaz-payız gödəkcəsi və ya ətəyi düz uzunqol köynəklə geyinilən tünd mavi rəngli şalvar 1 ədəd 2 il
2.18-3. Kişi və qadınlar üçün üçdüymə köynəklə geyiniləntünd mavi rəngli yay şalvarı 1 ədəd 2 il

2. 1.34, 2.17 və 2.31-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

1.34. Qara rəngli göndən xüsusi bel kəməri 1 ədəd 2 il
2.17. Açıq mavi rəngli ətəyi düz uzunqol köynək 2 ədəd 2 il
2.31. Qara rəngli göndən xüsusi bel kəməri 1 ədəd 2 il

3. 3.10-cu bənd ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 oktyabr 2023-cü il

№ 392

Əvvəlki Yazı

Nazir: “Azərbaycanda təqribən 5 ildə 340 mindən çox əmək müqaviləsi bağlanıb”

Növbəti Yazı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.