May 11, 2025-23:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycan Respublikasında dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəvəti ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri təşkil edilib. AZƏRTAC xəbər verir ki, səfərin ilk günü oktyabrın 11-də Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsində görüş keçirilib. Görüşlər zamanı Azərbaycan və Türkiyə arasında informasiya və dövlət kommunikasiyası sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məsul nümayəndələri tərəfindən ictimai diplomatiya, media yayımı, xarici media ilə əlaqələr, dezinformasiya ilə mübarizə, Türkiyə brendi, kommunikasiya sahəsində insan resurslarının idarə edilməsi mövzularında təqdimatlar edilib. Nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir. Səfər çərçivəsində Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Anadolu Agentliyi, Türk Dövlətləri Təşkilatı, TRT World, Radio və Televiziya Ali Şurası (RTÜK) və digər qurumlarda görüşlər keçiriləcək.

2023:10:12 - 18:00
in GÜNDƏM
A A

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) dəvəti əsasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Nepal Federal Demokratik Respublikasına səfər edib.

Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri oktyabrın 13-16-da Nepal Kommunist Partiyasının (UML) ev sahibliyi ilə bu ölkənin paytaxtı Katmanduda keçiriləcək ICAPP Daimi Komitəsinin 40-cı iclasında və Asiya-Avropa Siyasi Forumunun (AEPF) 5-ci iclasında iştirak edəcək.

Əvvəlki Yazı

NATO gələn həftə Aralıq dənizində planlaşdırılmış nüvə təlimlərinə başlayacaq

Növbəti Yazı

Türkiyə Qəzza böhranının həlli üçün vasitəçilik səyləri göstərdiyini bildirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.