İyun 15, 2025-2:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Riqada keçirilən milli statistika qurumlarının rəhbərlərinin tədbirində təmsil olunur

2023:09:27 - 16:50
in SİYASƏT
A A

Sentyabrın 26-28-də Latviyanın paytaxtı Riqa şəhərində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin milli statistika qurumlarının rəhbərləri üçün “Statistika sisteminin modernizasiyası” mövzusunda Yüksək Səviyyəli seminar keçirilir. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

Komitədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrində son illərdə statistika sahəsində əldə edilmiş nailiyyətlər, statistika işlərinin təşkili sahəsində baş vermiş dəyişikliklər, məlumat mübadiləsində informasiya texnologiyalarının tətbiqi, rəsmi statistikada fərdi məlumatların rolu, inzibati məlumatlar və yeni məlumat mənbələri, məlumatların yayılmasında yeni strategiyalar və kommunikasiyalar, müasir statistikanın inkişafı üçün biliklərin aşılanması və artırılması, innovasiyaların təşkili və təşviqi və s. məsələlərlə bağlı məruzələr dinlənilir, təqdimatlar edilir, müzakirələr aparılır.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov son bir ildə Komitə tərəfindən rəsmi statistik məlumatların müasir tələblərə uyğun hazırlanması, statistik potensialın gücləndirilməsi, rəsmi statistikada keyfiyyətin təmin olunması sisteminin təkmilləşdirilməsi və inkişafı, MİCS sorğusu, 2025-ci ildə ölkəmizdə keçiriləcək kənd təsərrüfatının siyahıyaalınmasına, statistik olimpiadaya hazırlıq, Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumatların istehsalı barədə ətraflı məlumat verib.

Səfər zamanı Dövlət Statistika Komitəsi ilə tərəfdaş ölkələrin statistika qurumları arasında mövcud əlaqələrin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi də nəzərdə tutulub.

Əvvəlki Yazı

Texnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur?

Növbəti Yazı

Şimal-qərb rayonlarında Anım Günü qeyd olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.