May 11, 2025-3:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan səfiri etimadnaməsini Honduras Prezidentinə təqdim edib

2023:11:16 - 11:50
in SİYASƏT
A A

Azərbaycanın Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin Prezidenti xanım İris Siomara Kastro Sarmientoya təqdim edib.

Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, paytaxt Tequsiqalpada keçirilən mərasimdə M.Talıbov dövlətimizin başçısı İlham Əliyevin səmimi salamlarını Prezident Siomara Kastroya çatdırıb. Salamlara görə təşəkkürünü bildirən Honduras Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Honduras arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu vurğulanıb. Bununla yanaşı, iki ölkə arasında parlamentlərarası əlaqələr, humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu sahələrində potensialın olduğu bildirilib.

M.Talıbov Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin uzun illər Ermənistanın hərbi işğalı altında olduğu dönəmdə Hondurasın məsələ ilə əlaqədar beynəlxalq hüquqa söykənən mövqedən çıxış etməsinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Prezident S.Kastro Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlu fəaliyyətini xüsusi vurğulayıb. O, həmçinin rəhbərlik etdiyi hökumətin Hondurasla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib, bu istiqamətdə gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzulayıb.

Sonra Hondurasın xarici əlaqələr və əməkdaşlıq nazirinin müavini Xerardo Torres Zelaya ilə səfir Məmməd Talıbov arasında ayrıca görüş keçirilib.

Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

İƏT əmək nazirlərinin Bakıda müzakirə edəcəkləri məsələlər açıqlanıb

Növbəti Yazı

Laçındakı istixanalar hesabına sakinlərin meyvə-tərəvəz tələbatı ödəniləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.