Azərbaycanın İordaniyadakı səfiri Eldar Səlimov krallığın Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi Dana Əl-Zubi ilə əməkdaşlıq məsələlərini müzakirə edib.“Report” xəbər verir ki, bu barədə məlumat diplomatik missiyanın sosial şəbəkə hesabında yer alıb.“İordaniyanın Sənaye, Ticarət və Təchizat Nazirliyinin baş katibi Dana Əl-Zubi ilə xoş görüşüm oldu. Azərbaycan və İordaniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub”, – diplomatik korpusun mətbuat xidməti səfirdən sitat gətirib.Görüşün təfərrüatları açıqlanmayıb.