Avqust 18, 2025-19:12
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan səfiri Parisdə İkinci dünya müharibəsində soydaşlarımızın göstərdiyi qəhrəmanlıqlardan bəhs edib

2025:06:26 - 18:00
in SİYASƏT
A A

Parisdə İkinci Dünya Müharibəsində Fransanın azadlığı uğrunda vuruşmuş azərbaycanlıların xatirəsinə həsr olunmuş tədbir keçirilib.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, səfirliyin hərbi attaşesi, polkovnik Cavid Abdullayev, hərbçilər, fransız alimlər, professorlar, iş adamları, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

L.Abdullayeva İkinci Dünya Müharibəsinin bəşəriyyət tarixinin ən qanlı müharibəsi olduğunu vurğulayaraq, bu müharibədə azərbaycanlıların göstərdiyi fədakarlıq və qəhrəmanlıqlardan danışıb. O, qeyd edib ki, Sovet Azərbaycanından 600 mindən çox insan müharibəyə cəlb olunub və onların bir çoxu həm ön, həm də arxa cəbhədə rəşadətlə çalışıblar.

C.Abdullayev bildirib ki, Azərbaycanın nefti sovet ordusunun qələbəsində həlledici rol oynadığı kimi, azərbaycanlı oğul və qızların canı və qanı bahasına göstərdiyi qəhrəmanlıqlar da unudulmamalıdır.

Hərbi attaşe, xüsusilə Fransanın nasist işğalından azad olunmasında iştirak edən azərbaycanlı partizanların fəaliyyətinə diqqət çəkib. Onların arasında Əhmədiyyə Cəbrayılovun (Fransada “Mişel” kimi tanınıb) adı xüsusi qeyd olunub. O, Fransız Müqavimət Hərəkatında iştirak edən ilk azərbaycanlılardan biri olub. Həmçinin digər azərbaycanlı partizanlar – İdris Həşimov və Xələf Hacıyev də tədbirdə anılıb.

Tədbir zamanı bu qəhrəmanların ailə üzvləri də iştirak edərək xatirələrini bölüşüblər.

Əvvəlki Yazı

Ramin Məmmədov Berlindəki “Şəhidlik” məscidində olub

Növbəti Yazı

Serbiyanın baş naziri: Belqrad Rusiya əleyhinə bəyannamələri imzalamayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.