Avqust 21, 2025-5:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan səfiri slovakiyalı həmkarını şərti sərhəddə erməni təxribatları barədə məlumatlandırıb

2024:03:01 - 13:40
in SİYASƏT
A A
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Slovakiyanın bu ölkədəki səfiri Matuş Buşovski ilə görüşdə Ermənistanla şərti sərhəddə qarşı tərəfin törətdiyi insidentlərlə bağlı məlumatlandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, F.Quliyev həmkarına keçmiş münaqişənin tarixçəsi və fəsadları barədə danışaraq, 2020-ci il Zəfəri və 2023-cü il lokal antiterror tədbirlərinin tarixi əhəmiyyətini, Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli və konstruktiv yanaşma barədə dolğun məlumat təqdim edib. Bu kontekstdə, Ermənistanın ziddiyyətli davranışı və son dövrdə yenidən əl atdığı təxribatların qəbulolunmazlığı və regionda barış prosesinə xələl gətirdiyi izah edilib. Həmçinin, Azərbaycan ərazilərinin minalanması faktlarına və şərti sərhəd boyu qarşı tərəfin törətdiyi insidentlərlə bağlı dolğun bilgilər çatdırıb.

F.Quliyev Azərbaycanla Gürcüstan arasında artan xətt üzrə inkişaf edən sıx iqtisadi əməkdaşlıq, yerinə yetirilmiş və perspektiv nəhəng layihələr barədə təsviredici məlumat təqdim edib. İki ölkə arasındakı strateji tərəfdaşlığın hər iki xalqın mənafelərinə, eləcə də bütövlükdə Cənubi Qafqaz regionunun tərəqqisinə xidmət etməsini bildirib.

M.Buşovski Azərbaycan xalqının iradəsini əks etdirən növbədənkənar Prezident seçkilərinin uğurla keçirildiyini vurğulayıb. Bundan sonra da Azərbaycanın bölgə əməkdaşlığı kontekstində dinamik rol oynayacağına əminliyini ifadə edib. O, Slovakiyanın Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi niyyətində olduğunu qeyd edib. Başladığı məsul missiya çərçivəsində Azərbaycan səfirliyi ilə təmaslarda olacağına dair da ümid ifadə edib. Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əvvəlki Yazı

Ceyhun Bayramov küveytli həmkarı ilə ikitərəfli əməkdaşlığı müzakirə edib

Növbəti Yazı

Hikmət Hacıyev: Diplomatiya Forumunda Azərbaycanın regionda sülhün, əməkdaşlığın daha da inkişafı ilə bağlı baxışları iştirakçılara çatdırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.