Sentyabr 9, 2025-13:41
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan “Sarayevo Film Festival”da “Sanki Yoxsan” filmi ilə təmsil olunacaq

2024:08:07 - 10:00
in MƏDƏNİYYƏT
A A

Avqustun 16-dan 23-dək Sarayevoda keçiriləcək “Sarajevo Film Festival” (SFF) kinofestivalında Azərbaycan rejissor Azər Quliyevin “Sanki Yoxsan” filmi ilə təmsil olunacaq.AZƏRTAC xəbər verir ki, film bundan əvvəl 77-ci Kann beynəlxalq qısametrajlı filmlər kinofestivalının müsabiqə proqramına daxil edilib.Rejissorun həm də Nicat Muxtarovla birgə ssenari müəllifi olduğu 16 dəqiqəlik film festivalın qısametrajlı filmlər proqramına daxil edilib.Filmdə baş rollarda Milana Həsənova, Oqtay Mehdiyev və Elşən Məmmədov çəkilib.“Sanki Yoxsan” filmi avqustun 21-də və 23-də nümayiş olunacaq.30-cu festivalda laureatlar populyar filmlərinin nümayişində iştirak edəcək, ən son quruluşlarını təqdim edəcək və ustad dərsləri keçəcəklər.Meq Rayan açıq havada yerləşən 2 min nəfərlik kinoteatrda 1998-ci ildə çəkilmiş “Sizə məktub var” romantik komediyasının xüsusi nümayişini, həmçinin özünün də baş rolda oynadığı, ən son rejissorluq işi olan “Daha sonra nə baş verdi” filmini təqdim edəcək.Təşkilatçılar əlavə ediblər ki, “Sarayevonun ürəyi” fəxri mükafatı fələstinli rejissor Eliya Süleymana da təqdim olunacaq.SFF direktoru Yovan Maryanoviç deyib ki, belə kino sənayesi xadimlərini Sarayevoya gətirmək və onları region gəncləri ilə tanış etmək “böyük üstünlükdür”: “Bu, uzun müddət davam edən əlaqələrdir və biz insanların festivalın böyüməsinə və daha da inkişaf etməsinə imkan verərək, geri qayıtmasını görürük”.Festival bosniyalı rejissor, “Oskar” mükafatı laureatı Danis Tanoviçin “Mənim gecikmiş yayım” filminin dünya premyerası ilə açılacaq.SFF 1992-ci ildən 1995-ci ilə kimi Bosniya müharibəsinin sonunda bir qrup kino həvəskarı tərəfindən yaradılıb və o vaxtdan bəri dünyanın hər yerindən kino sənayesi xadimlərinin dəstəyini qazanıb. Bu il festivalda 240 film nümayiş olunacaq. Cənub-Şərqi Avropa, Ukrayna və Cənubi Qafqazdan 54 film, o cümlədən 19 dünya premyerası dörd – bədii, qısametrajlı, sənədli və tələbə filmləri kateqoriyalarında “Sarayevonun ürəyi” mükafatı uğrunda mübarizə aparacaq.

Əvvəlki Yazı

İordaniya və Çinin xarici işlər nazirləri Yaxın Şərqdə eskalasiyaya müqavimət göstərməyə razılaşıblar

Növbəti Yazı

Bu gün Xalq rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.