Sentyabr 14, 2025-5:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri TBMM Baş katibinin müavini ilə görüşüb

2024:05:23 - 15:00
in SİYASƏT
A A

Mayın 23-də Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Görüşdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edən ikitərəfli münasibətlərin dərinləşdirilməsində dövlət başçılarının xüsusi rolu qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkilib, ölkə başçısının “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikrinin yeni tarixi mərhələyə keçiddə strateji məqsəd və vəzifələri müəyyən etdiyi qeyd olunub.

Söhbətdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, həmçinin ölkələrin parlament aparatları arasında əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Naim Çoban deyib ki, ikitərəfli əlaqələrin dərinləşməsində parlamentlərarası münasibətlərin rolu böyükdür. İşçi qruplarının təmaslarının, qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edən qonaq, iki ölkənin parlament aparatlarının arasında həyata keçirilən sıx təcrübə mübadilələri və qarşılıqlı səfərlər barədə də məlumat verib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, deputat Naqif Həmzəyev və TBMM-in nümayəndə heyətinin üzvləri çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər, parlamentlərarası münasibətlərin dərinləşdirilməsi, həmçinin parlament aparatları arasında təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Əvvəlki Yazı

Prezident İlham Əliyev: Transxəzər nəqliyyat dəhlizi Avropa və Mərkəzi Asiya üçün getdikcə daha çox əhəmiyyət kəsb edir

Növbəti Yazı

Bayden mem mütəxəssisi axtarmağa başladı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.