May 25, 2026-0:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan tarixi Səməd Vurğun yaradıcılığında

2026:05:24 - 10:59
in SOSİAL
A A

Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Səməd Vurğun yaradıcılığında Azərbaycan tarixinin məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Səməd Vurğunun Azərbaycan ədəbiyyatı ilə yanaşı, milli tariximizin, tarixi yaddaşımızın və vətənpərvərlik düşüncəsinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O deyib ki, şairin yaradıcılığında xalqın keçdiyi tarixi yol, milli-mənəvi dəyərlər və azərbaycançılıq ideyası xüsusi yer tutur.

Daha sonra məruzələr dinlənilib.

İnstitutun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İkram Ağasiyev “Səməd Vurğun: Tarixi yaddaş və müasirlik” mövzusunda çıxış edərək, şairin yaradıcılığında tarixi hadisələrin və milli yaddaşın bədii təcəssümündən danışıb. O vurğulayıb ki, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır, onun yaradıcılığında azərbaycançılıq amalı mühüm yer tutur.

Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Səməd Vurğunun “26-lar” poeması tarixi miflər və gerçəkliklər rakursunda” adlı məruzəsində əsərin tarixi aspektlərini təhlil edib.

Azərbaycanın sovet dövrü tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Aypara Rüstəmova “Səməd Vurğun yaradıcılığında bütöv Azərbaycan həsrəti” mövzusunda çıxış edərək, şairin əsərlərində milli birlik və Vətən sevgisinin əksini diqqətə çatdırıb.

Tarixi etnologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İsmayıl Umudlu isə “Səməd Vurğunun şəcərəsi haqqında” məruzə ilə çıxış edib, maraqlı faktları diqqətə çatdırıb. Bildirib ki, Səməd Vurğunun zəngin bədii irsi müasir Azərbaycan poeziyasına güclü təsir göstərib və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Əvvəlki Yazı

Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını mayın 24-də verəcəyini bildirib

Növbəti Yazı

İlham Əliyevin “yaşıl enerji” və davamlı şəhər inkişafı təşəbbüsləri dünya miqyasında dəstək görür

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.