Avqust 18, 2025-3:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Texnologiya Universitetinin İctimai Şurasının ilk iclası keçirilib

2024:01:11 - 17:33
in SOSİAL
A A

Azərbaycan Texnologiya Universitetində İctimai Şuranın (İŞ) ilk iclası keçirilib. İclasda Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov ali məktəbin gələcək fəaliyyətində İctimai Şuranın rolundan danışıb.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iclasda 9 nəfərdən ibarət İŞ üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, deputatlar Naqif Həmzəyev və Müşfiq Cəfərov, Kəpəz TV-nin baş direktoru Fuad Cabbarov, “Xalq qəzeti”nin bölgə müxbiri Hamlet Qasımov, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Regional İnkişaf” İctimai Birliyinin (İB) Gəncə-Daşkəsən bölməsinin nümayəndəsi Aişə Osmanlı, “Təmas” Regional İnkişaf İB-nin sədri Südabə Məmmədova, “Təşəbbüslərin İnkişaf Mərkəzi” İB-nin sədri Azad Rəhimov iştirak ediblər.

İclas zamanı şuranın əsasnaməsi təqdim edilib. Daha sonra üzvlərin seçimi ilə akademik Fuad Əliyev İctimai Şuranın sədri təyin edilib. Şuranın fəaliyyət planına uyğun olaraq üzvlər 2023/2024-cü tədris ilinin qış imtahan sessiyası ilə tanış olublar.

Tələbələrin diqqətinin yayınmaması üçün İŞ üzvləri imtahan prosesini onlar üçün ayrılmış otaqda monitorlar vasitəsilə izləyiblər. Tədris işləri üzrə prorektor Raqif Hüseynov imtahan sessiyasının təşkili ilə bağlı bəzi detalları şura üzvlərinin diqqətinə çatdırıb.

İŞ üzvləri İmtahan Komissiyasının fəaliyyəti ilə yaxından tanış olublar. İmtahan Komissiyasının sədri Cəsarət Şabanov və Apellyasiya Komissiyasının sədri Mehman Kərimovla həmsöhbət olaraq daxil olan müraciətlərlə maraqlanıb, cavabların yoxlanılması prosesini izləyiblər.

Əvvəlki Yazı

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Növbəti Yazı

İlahiyyat İnstitutu ilə Sabahattin Zaim Universiteti arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.