İyun 16, 2025-5:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Universitetində yeni dərs vəsaiti hazırlanıb

2025:01:27 - 15:11
in SOSİAL
A A

Son illərdə Azərbaycanda beynəlxalq maraq kəsb edən populyar idman yarışlarının keçirilməsi, ölkənin mötəbər beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi bu sahəyə olan maraq və diqqəti hər keçən gün daha da artırır. Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrası müasir dövrün tələblərinə uyğun olaraq idman tərcüməsi sahəsində önəmli bir addım atıb. Kafedranın müəllimi Oqtay İsmayıl və kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Ləman Qasımlının həmmüəllifliyi ilə tərtib olunan “İdman tərcüməsi” (“Sports translation”) adlı dərs vəsaiti çapdan çıxıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, dərs vəsaitində məşhur idman növləri, Azərbaycanda keçirilən idman yarışları haqqında müxtəlif mətnlər yer alıb. Vəsaitin zəngin lüğət tərkibi tələbələrə bu sahə üzrə terminoloji baza ilə yaxından tanış olmaq, idman tərcüməsi üçün faydalı olacaq tərcümə metodlarını mənimsəmək üçün imkan yaradır.

Qeyd edək ki, bu tədris ilindən etibarən Azərbaycan Universitetinin tərcümə (ingilis dili) ixtisasında idman tərcüməçiliyi fənninin tədrisinə başlanıb. Yeni fənnin tədrisi tələbələrə idman sahəsindəki tərcümə işlərini daha peşəkar şəkildə həyata keçirmək bacarığı qazandırmağı hədəfləyir. Bu vəsait isə həmin məqsədi həyata keçirmək üçün mühüm resurs olacaq.

Əvvəlki Yazı

Rusiya Federasiyası Ermənistan rəhbərliyinin Moskvada keçiriləcək Qələbə Paradına gələcəyini gözləyir

Növbəti Yazı

Ukrayna Şəhərləri Assosiasiyası bütün ölkə üzrə merlərin həbsinə etiraz elan edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.