Avqust 25, 2025-0:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və BƏƏ arasında aviareyslərin sayının artırılması müzakirə olunub

2024:02:09 - 13:38
in SİYASƏT
A A
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında aviareyslərin intensivliyin artırılması məsələləri “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Air Arabia” şirkətinin Baş Regional Meneceri Nikolas Kehdi və şirkətin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

 

“Report” xəbər verir ki, bu barədə ATAA məlumat yayıb.

Görüşdə Assosiasiyanın fəaliyyəti haqqında ətraflı məlumat verən G.Qəhrəmanov Yaxın Şərq regionunun, xüsusi ilə Birləşmiş Ərəb Əmirliklərinin üzv şirkətlər üçün əsas hədəf bazarlarından biri olduğunu, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi üçün əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyini qeyd edib. ATAA sədri 2023-cü ildə Azərbaycan və BƏƏ arasında viza rejiminin aradan qaldırılmasının mühüm hadisə olduğunu və bu addımın turist səfərlərinə müsbət təsir göstərdiyini bildirib. Müzakirələr zamanı G.Qəhrəmanov ötən ay BƏƏ-dən Azərbaycana 16 minə yaxın şəxsin səfər etdiyini və ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıma nail olunduğunu diqqətə çatdırıb.

Hazırda “Air Arabia” vasitəsi ilə həftədə Əbu Dabi istiqamətində 10, Şarca istiqamətinə isə 4 dəfə uçuş həyata keçirildiyini qeyd edən aviaşirkətin Baş Regional Meneceri Nikolas Kehdi turist cəlbediciliyi baxımından Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyib. O, “Air Arabia”nın 110 yeni təyyarə aldığını və parkını genişləndirdiyini diqqətə çatdırıb. Aviaşirkət rəsmisi gələcəkdə Azərbaycan üzrə uçuşların intensivliyi baxımından reyslərin sayının artırılması məsələsinə də baxıla biləcəyini bildirib.

Görüş çərçivəsində həmçinin qarşılıqlı turist səfərlərinin sayının artırılması, digər ölkələrə tranzit uçuşların təşkili, birgə iş birliyinin yaradılması, B2B formatlı görüşlərin keçirilməsi, eləcə də üzv şirkətlər üçün uyğun qiymət siyasətinin formalaşdırılması, operativ kommunikasiya əlaqələrinin qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Əvvəlki Yazı

Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edib

Növbəti Yazı

Kürdəmir sakini anası və qonşusunu qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.