İyun 27, 2025-11:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və BƏƏ-nin kapital bazarları arasında əməkdaşlıq əlaqəsi qurulub

2024:10:07 - 12:49
in İQTİSADİYYAT
A A

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kapital bazarı iştirakçıları arasında əməkdaşlıq əlaqələri qurulub.“Report” bu barədə “Bakı Fond Birjası” QSC-yə (BFB) istinadən xəbər verir.Məlumata görə, BFB-nin nümayəndə heyəti 1-4 oktyabrda BƏƏ-yə işgüzar səfər edib. Səfər çərçivəsində Dubay Maliyyə Bazarı (DFM), Dubay İqtisadi İnkişaf Korporasiyası (DED) və “Abu-Dabi Fond Birjası”nın (ADX) rəhbər heyəti ilə görüşlər keçirilib. Görüşlər zamanı ölklələrin kapital bazarlarının inkişaf tarixi və perspektivləri, fond bazarları arasında təcrübə mübadiləsi və yaxın gələcəkdə qarşılıqlı əməkdaşlığın istiqamətləri haqda müzakirələr aparılıb. BƏƏ-nin fond bazarlarına ticarət platformaları üzərindən inteqrasiya hər iki ölkədən olan investorlar üçün kapital bazarlarına çıxışa, bazar alətlərinin genişləndirilməsinə, o cümlədən likvidliyin artırılmasına xidmət edən təşəbbüslərdən biridir.Habelə, nümayəndə heyəti BƏƏ-nin kapital bazarlarının aparıcı investisiya şirkətlərindən olan “Emirates NBD Capital”, “BHM Capital Financial Services” və “Nomura Asset Management” şirkətlərlərinin rəhbər heyətinin nümayəndələri ilə islam investisiyaları, sukuk istiqrazlarının buraxılışı imkanlarının, market meyker fəaliyyətinin və kapital bazarlarında tətbiq edilən texnoloji nailiyyətlərin öyrənilməsi istiqamətində əməkdaşlıq əlaqələri qurub.BFB-də hesab edirlər ki, fond bazarları arasında olan qarşılıqlı əməkdaşlıq hər iki ölkə arasında mövcud sıx iqtisadi münasibətlərə dəstək verəcək və eyni zamanda yerli şirkətlərin kapital bazarları ilə inkişafında mühüm rol oynayacaq.

Əvvəlki Yazı

Azərbaycanda regional anbarların yaradılması təklif olunur

Növbəti Yazı

“Azerconnect” karbon emissiyalarının azaldılması ilə bağlı tədbirdə iştirak edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.