Azərbaycan və Belarus baş nazirləri azad olunmuş ərazilərə səfər edəcək.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində belaruslu həmkarı Aleksandr Turçinlə geniştərkibli görüşdə bildirib.
“Sabah Qarabağın işğaldan azad edilmiş ərazilərinə – aqroşəhər salınması nəzərdə tutulan Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfər edəcəyik”, – deyə Baş nazir qeyd edib.