Sentyabr 8, 2025-9:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Braziliya arasında siyasi məsləhətləşmələr keçirilib

2025:09:02 - 11:52
in SİYASƏT
A A
Azərbaycan və Braziliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu keçirilib.

APA Braziliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, siyasi məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Braziliyaya səfəri çərçivəsində baş tutub.

Braziliya tərəfindən danışıqlara Xarici İşlər Nazirliyinin baş katibi Mariya Laura da Roşa rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli, regional və qlobal gündəmdə olan aktual məsələlər müzakirə olunub. Tərəflər məmnunluqla qeyd ediblər ki, Azərbaycan və Braziliya artıq 30 ildən çoxdur diplomatik münasibətləri davam etdirir.

Turizm, təhsil və parlamentlərarası əlaqələr ikitərəfli əməkdaşlığın ən aktual sahələri kimi dəyərləndirilib.

Daha sonra Elnur Məmmədov Braziliyanın xarici işlər naziri Maura Vieyra ilə ikitərəfli danışıqlar aparıb.

Səfər zamanı Azərbaycan və Braziliya arasında Ticarət və İnvestisiyalar üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İclasın nəticəsi olaraq tərəflər investisiyalar sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Səfər çərçivəsində Azərbaycan və Braziliya arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş də imzalanıb.

Əvvəlki Yazı

Zaur Əhmədov: Cənubi Qafqazda sülh prosesi Danimarka biznesi üçün yeni üfüqlər açır

Növbəti Yazı

Prezident: Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.