Avqust 18, 2025-1:31
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Ermənistan liderlərinin tarixi sülh sənədini imzalaması ilə əlaqədar Stokholmda tədbir təşkil olunub 

2025:08:11 - 13:16
in SİYASƏT
A A

Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşündə tarixi sülh sənədinin imzalanması səbəbi ilə İsveçin paytaxtı Stokholm şəhərində açıq havada tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, SAF İsveç–Azərbaycan Birliyi tərəfindən təşkil olunan tədbirdə 30-a yaxın iştirakçı yer alıb. Onların arasında azərbaycanlılar, türkiyəlilər və isveçlilər də olub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. SAF-ın sədri Sevda Dadaşova açılış nitqində Prezident, Ali Baş Komandan İlham Əliyevə, müzəffər ordumuza minnətdarlığını bildirib, qazilərimizə şəfa arzulayıb və şəhidlərin xatirəsi yad edilib.

O qeyd edib ki, Ağ Evdə imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda sülhə doğru atılmış mühüm addımlardan biridir.

Diaspor Komitəsinin Koordinasiya Şurasının sədri Ayda Əmir Haşimiyə qeyd edib ki, bu gözəl Zəfəri birlikdə qeyd etmək hər birimiz üçün böyük qürur və sevinc mənbəyidir.

“Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası uzun illər davam edən işğalçı təcavüzün qarşısını alaraq ərazi bütövlüyünü bərpa etdi və diplomatik masada da qalib gəldi. Eyni zamanda, ölkə xaricindəki dünya azərbaycanlıları, xüsusilə Cənubi azərbaycanlılar, Prezidentimiz İlham Əliyevi 50 milyon azərbaycanlının yeganə lideri kimi gördüklərini ifadə edirlər,” – deyə o qeyd etdi.

Ardınca İsveç Krallıq Cəmiyyətinin nümayəndəsi Stefan Holmström çıxış etdi. O bildirdi ki, Ağ Evdə keçirilən görüşü televiziyada izlədiyi gündən bəri bu prosesin yaxşı nəticələr verəcəyinə inandığını bildirib.

Əvvəlki Yazı

İsrail ordusu Suriya hücumunun silah qaçaqmalçılığı ilə mübarizə məqsədi daşıdığını bildirib

Növbəti Yazı

Yollarda təhlükə yaradan “Kamaz” sürücüsü inzibati qaydada həbs edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.