Avqust 28, 2025-22:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

2024:02:22 - 14:30
in SİYASƏT
A A

Milli Məclisin deputatı, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Jalə Əhmədovanın fevralın 19-21-də Estoniyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Ölkəmizin Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Estoniya parlamentinin (Riigikoqu) sədr müavini Yüri Ratas ilə görüşdə iki ölkə arasında uğurla inkişaf edən parlament diplomatiyasının davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, bu səfərin əlaqələrin daha da inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.

Yüri Ratas bölgəmizdə sülhün bərqərar olunması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdəki mina problemi, minaların keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına maneə törətməsi, həmçinin orada aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verilib. Həmçinin Estoniya iş adamları işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştiraka dəvət edilib.

Estoniya parlamenti sədrinin müavini 2022-ci ildə Azərbaycana səfəri zamanı işğaldan azad olunmuş Şuşada gördüyü bərpa-quruculuq işlərini xatırlayıb, mina probleminin hələ də qalmasından təəssüfləndiyini bildirib.

Estoniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya idarəsinin rəisi xanım Marge Mardisalu-Kahar ilə görüşdə isə hazırkı səfərin iki ölkə arasında diplomatik münasibətlərin inkişafına önəmli töhfə verəcəyinə inam ifadə olunub, Estoniyanın daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi, ölkəmizin Ukraynaya göstərdiyi davamlı yardımların yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

Deputat J.Əhmədova öz növbəsində iki ölkə arasında parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyini bildirərək, bu münasibətlərin gələcəkdə də davam etdirilməsinin önəmini vurğulayıb.

Görüş zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) cari ilin noyabrında Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə uğuru kimi qeyd olunub.

Estoniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun Estoniya tərəfindən olan nümayəndə heyəti ilə görüşdə qrupun sədri xanım Riina Solman bu səfərin parlamentlərarası əlaqələrin inkişafına əlavə təkan verəcəyini deyib, səfər çərçivəsində keçirilən digər görüşlərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycanın AŞPA-da iştirakını dayandıran qətnamənin qəbulunun ölkəmizə qarşı etinasız yanaşma, iclasda vurğulanan məsələlərin sırf Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirildiyi diqqətə çatdırılıb. Estoniya tərəfi həmin məsələnin və bundan irəli gələn narazılığın anlayışla qəbul olunduğunu bildirib, ölkələrimiz arasında etibarlı münasibətlərin, parlamentlərarası əməkdaşlığın bundan sonra da genişlənəcəyinə inamını ifadə edib.

Sonda Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycana səfərə dəvət olunub.

Görüşlərdə Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov da iştirak edib.

Əvvəlki Yazı

Qərbi Azərbaycan İcması: Makronun ermənidən çox ermənilik etməsi gülüş doğurur

Növbəti Yazı

Nazir müavini: “Azərbaycan Avropaya ilkin mərhələdə 4 QVt “yaşıl enerji” ixrac edicək”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.