İyun 23, 2025-0:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Gürcüstan liderlərinin Bakıda müzakirə etdiyi məsələlər məlum olub

2023:11:24 - 15:50
in SİYASƏT
A A

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ölkələr arasında strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Report” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyasının məlumatında deyilir.

Qeyd edilib ki, görüşdə iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə əsas diqqət yetirilib, eləcə də Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb.

Gürcüstan və Azərbaycan arasında mühüm layihələr də müzakirə edilib. Buraya Orta Dəhlizin inkişaf perspektivləri, dəmir yolunun təkmilləşdirilməsi, limanların və avtomobil yollarının genişləndirilməsi daxildir.

Baş nazirin sözlərinə görə, Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, iki ölkənin nəqliyyat potensialını daha da gücləndirəcək.

Bildirilib ki, gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu Avropa-Qafqaz-Asiya dəmir yolu dəhlizinin bir hissəsinə çevriləcək.

Genişmiqyaslı layihənin – Qara dəniz sualtı kabelinin hazırlanmasına xüsusi diqqət yetirilib.

“Tərəflər dünyada və regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Baş nazir ümid edir ki, Azərbaycan tezliklə Ermənistanla sülh sazişi imzalayacaq”, – məlumatda bildirilir.

Əvvəlki Yazı

Vahid Hacıyev: “Cəbrayıl şəhərində 712 mənzilin tikintisi gələn il yekunlaşacaq”

Növbəti Yazı

Qarabağ və Şərqi Zəngəzurda inkişaf potensialı olan turizm növləri açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.