Avqust 29, 2025-0:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Gürcüstanın enerji tənzimləmə qurumları arasında memorandum imzalanıb

2024:02:21 - 17:10
in İQTİSADİYYAT
A A

Bu gün Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GMETK) arasında enerji tənzimlənməsi sahəsində anlaşma memorandumu imzalanıb.

“Report”un AERA-ya istinadən verdiyi məlumata görə, sənədi AERA-nın İdarə Heyətinin sədri Samir Axundov və GMETK-in sədri Davit Narmania imzalayıblar.

Memorandum energetika sahəsində tənzimləmə üzrə əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi, habelə qurumlar arasında ikitərəfli münasibətlərin inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır.

Anlaşma memorandumu çərçivəsində tərəflər energetika sahəsində tənzimləmə üzrə təcrübələrini bölüşəcək, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dair məlumat mübadiləsi aparacaq, müxtəlif təlim proqramları üzrə, o cümlədən bərpa olunan enerjinin və enerji səmərəliliyinin tənzimlənməsi istiqamətində təlimlər təşkil edəcəklər.

Qeyd edək ki, AERA və GMETK arasında uzunmüddətli tərəfdaşlıq əlaqələri mövcuddur. Bu iki tənzimləyici qurum Enerji Tənzimləyiciləri Regional Assosiasiyası (ETRA) çərçivəsində uğurla əməkdaşlıq edir.

İmzalanmış memorandum Azərbaycan və Gürcüstanın tənzimləyici qurumları arasında məhsuldar tərəfdaşlığın genişləndirilməsində mühüm mərhələnin başlanğıcıdır.

Əvvəlki Yazı

Sədərək rayonuna icra başçısı təyin edilib

Növbəti Yazı

Sülh müqaviləsi manipulyasiya predmeti olmamalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.