Avqust 11, 2025-8:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və İran Astara Terminalında görülən işləri müzakirə edib

2025:07:24 - 10:41
in SİYASƏT
A A

Azərbaycan və İran arasında bu ölkədə yerləşən Astara Terminalında görülən işlər müzakirə olunub.

“Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, bu müzakirələr Səhmdar Cəmiyyətin sədri Rövşən Rüstəmovun İrana səfəri zamanı Astara Terminalında bu ölkənin Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşündə aparılıb.

Görüşdə terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda aparılan tikinti işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması müzakirə olunub.

Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementlərindən olan Astara Terminalının tikintisi üzrə əsaslı işlər görülüb. Terminalın layihələndirmə işlərinin 90 %-i, tikinti-quraşdırma işlərinin isə təqribən 75 %-i başa çatdırılıb. 2025-ci ilin əvvəlində ADY və İran Dəmir Yolları arasında imzalanmış “Astara terminalının tikintisi və istismar müqaviləsinin icrasına dair Strateji Əməkdaşlıq Planı” terminalda nəzərdə tutulan işlərin vaxtında başa çatdırılmasına təkan verəcək.

Astara Terminalı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara Terminalının inşasına start verilib. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran höküməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.

Astara Terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Əvvəlki Yazı

Tovuzda yanğın təhlükəli obyektlərin fəaliyyəti dayandırılıb

Növbəti Yazı

Bu gün Arayik və erməniəsilli digər şəxslərin məhkəməsi davam edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.