Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən 30-cu iclası çərçivəsində İsveçin xarici işlər naziri Tobias Billström ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Nazirlər ikitərəfli gündəliyin cari vəziyyətini və perspektivlərini, həmçinin son regional hadisələri müzakirə ediblər.