Avqust 12, 2025-7:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Kanada vergi ombudsmanları şikayətlərin ilkin daxil olma mexanizmlərini müzakirə edib

2024:07:30 - 17:40
in SİYASƏT
A A

Azərbaycan və Kanada vergi ombudsmanları arasında vergi ödəyicilərindən şikayətlərin ilkin daxil olması mexanizmləri müzakirə edilib.

“Report” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, müzakirələr iki ölkənin Vergi ombudsmanlığı arasında keçirilən onlayn formatda görüşdə aparılıb.

Məlumata görə, görüşdə Kanadanın vergi ombudsmanı Frensis Boylü ilə yanaşı komandasında təmsil olunan əməkdaşlar, Azərbaycan tərəfdən isə Vergi ombudsmanı Elçin Məmmədov, Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev və digər şəxslər iştirak ediblər.

A. Quliyev Azərbaycanda Vergi ombudsmanı institutunun təsis olunması, fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və perspektivlər barədə ətraflı məlumat verib. Öz növbəsində, F. Boylü vergi ödəyicilərindən şikayətlərin ilkin daxil olması mexanizmləri, araşdırılması və cavablandırılması, prosesin ümumilikdə izlənməsi qaydaları ilə bağlı ölkəsinin təcrübəsini bölüşüb. Belə bir görüşün baş tutmasından məmnunluğunu ifadə edən E. Məmmədov müsbət təcrübələrin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Görüş zamanı ən yaxşı təcrübələrin tətbiqi istiqamətində işlərin görülməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin 3.1-ci bəndinə əsasən, Vergi ombudsmanı institutunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə, vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində ən yaxşı təcrübələrin öyrənilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Əvvəlki Yazı

Ədliyyə orqanlarına işə qəbulda uğur qazanmış namizədlər təlimə cəlb edilib

Növbəti Yazı

Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.