May 16, 2025-6:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşüb

2025:04:30 - 17:26
in SİYASƏT
A A

30 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Abdullah Ali Al-Yahya ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan-Küveyt əməkdaşlığının siyasi, iqtisadi, ticarət, investisiyalar, enerji, nəqliyyat, kommunikasiyalar, humanitar aspektləri, turizm əlaqələrinin inkişafı, Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional reallıqlar müzakirə olunub.

Ölkələrimiz arasında mövcud dostluq və qardaşlığın tarixi, mədəni və dini ortaqlıqlara əsaslandığı, hər iki ölkənin liderləri arasında mövcud siyasi dialoqla daha da möhkəmləndiyi vurğulanıb.

Eyni gündə keçiriləcək Azərbaycan Respublikası Höküməti və Küveyt Dövləti Höküməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının ölkələrimiz arasında müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın inkişaf etdirilməsi üzrə səmərəli nəticələr verəcəyinə dair inam ifadə edilib.

Hər iki ölkənin yerləşdiyi coğrafi mövqenin nəqliyyat və kommunikasiyalar üzrə əməkdaşlığın inkişafına şərait yaratdığı qeyd edilib.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək və həmrəyliyin, bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmətin təqdirəlayiq olduğu vurğulanıb. Bu çərçivədə, digər beynəlxalq təşkilatlar ilə yanaşı, Körfəz Əməkdaşlıq Şurası ilə geniş əməkdaşlıq perspektivlərindən bəhs olunub.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə olunub, iqlim dəyişmələri ilə mübarizə sahəsində gələcək birgə təşəbbüslər və mümkün səylər nəzərdən keçiril

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə humanitar minatəmizləmə fəaliyyəti barədə ətraflı məlumatlandırıb.

Azərbaycan-Ermənistan normallaşma prosesi, mövcud çətinlik və çağırışlardan ətraflı bəhs olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Ərdoğan: İsrail ABŞ-ın təzyiqi olmadan atəşkəsə zəmanət verməyəcək

Növbəti Yazı

Qaradağda 65 yaşlı şəxs narkotik satışı ilə bağlı saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.