Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində ispan dilinin tədrisi imkanları, iki ölkənin ümumi təhsil müəssisələri arasında “Qardaşlaşmış məktəblər” layihəsinin həyata keçirilməsi, habelə universitetlər arasında tələbə və müəllim mübadiləsinin aparılması məsələləri müzakirə edilib.