Sentyabr 12, 2025-5:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Niderland aqrar sektorda əməkdaşlıq imkanlarını müzakirə edib

2024:07:10 - 12:41
in İQTİSADİYYAT
A A

Azərbaycan və Niderland Krallığı kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

“Report”un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bu müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Niderland Krallığında rəsmi səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı, balıqçılıq, ərzaq təhlükəsizliyi və təbiət naziri Femke Mariye Viersma ilə görüşündə aparılıb.

Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri iştirak ediblər.

M. Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi ilə milli aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsinin əsas hədəflərdən biri olduğunu diqqətə çatdırıb.Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın qabaqcıl kənd təsərrüfatı ölkəsi olan Niderlandın aqrar sektorda tətbiq uğurlu təcrübəsini öyrənməkdə maraqlı olduğu vurğulanıb, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin mümkünlüyü qeyd olunub.Niderland Krallığının kənd təsərrüfatı, balıqçılıq, ərzaq təhlükəsizliyi və təbiət naziri öz növbəsində ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu, bu sahədə özəl qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Nazir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunub, COP29-un gündəliyinin formalaşmasında maraqlı olduqlarını ifadə edib və bu istiqamətdə əməkdaşlıq etmək istədiklərini vurğulayıb.Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, elmi tədqiqat sahəsində məlumat mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması, peşəkar kadrların hazırlanması, aqrar sahədə qabaqcıl təcrübə və texnologiyaların transferi gələcək əməkdaşlığın istiqamətlər

Əvvəlki Yazı

Astarada axtarışda olan silahlı şəxs polislər tərəfindən saxlanılıb

Növbəti Yazı

Azərbaycanda turizm sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.