Sentyabr 4, 2025-22:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Özbəkistan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

2025:08:27 - 13:11
in İQTİSADİYYAT
A A

Azərbaycanla əməkdaşlıq Özbəkistana istehlakçı hüquqlarının müdafiəsi sistemini gücləndirməyə, təhlükəsiz və keyfiyyətli qida məhsullarına çıxışı genişləndirməyə, beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmağa imkan verəcək.

“Report”un yerli KİV-ə istinadən verdiyi məlumata görə, Özbəkistanın yüksəksəviyyəli nümayəndə heyəti hazırda Azərbaycandadır.

Nümayəndə heyətinə Özbəkistan Səhiyyə Nazirliyi yanında Sanitariya-epidemioloji rifah və ictimai sağlamlıq komitəsinin sədrinin birinci müavini Nurmat Atabekov rəhbərlik edir.

Səfərin məqsədi müasir qida təhlükəsizliyinin idarə olunması sahəsində təcrübə mübadiləsidir.

Özbəkistan nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini ziyarət edib. Görüşdə bitki mühafizəsi və heyvan sağlamlığı sahəsində əməkdaşlıq perspektivləri, həmçinin milli qida təhlükəsizliyi sistemlərinin gücləndirilməsi müzakirə edilib.

Özbəkistan nümayəndələrinə Azərbaycanda aparılan islahatlar barədə məlumat verilib, o cümlədən yoxlamalara risk-əsaslı yanaşmanın tətbiqi, böhran vəziyyətlərinin idarə edilməsi və operativ xəbərdarlıq sistemləri, nəzarət və yoxlama prosedurları (HACCP standartları daxil olmaqla), ərzaq idxalı və ixracına dair tələblər, yeni məhsul növlərinin, qida əlavələrinin və baytarlıq preparatlarının qeydiyyat qaydaları, milli rəqəmsal AQTIS sisteminin işi haqqında məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun, sərhəd yoxlama məntəqələrinin və laboratoriyaların fəaliyyəti ilə tanış olub, burada xarici ticarət tədarükünə nəzarət zamanı “vahid pəncərə” modelinin praktiki tətbiqini öyrənib.

Əvvəlki Yazı

“Konstitusiya və Suverenlik İli” çərçivəsində yarışlar keçirildi

Növbəti Yazı

Prezident İlham Əliyev Maya Sanduya təbrik ünvanlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.