İyul 14, 2025-12:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Özbəkistan turistlər üçün viza prosedurlarını sadələşdirə bilər

2025:07:01 - 18:08
in SİYASƏT
A A

Azərbaycan və Özbəkistan mədəniyyət, turizm və səhiyyə sahələrində parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər.

“Report” xəbər verir ki, müzakirələr Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun dördüncü panel sessiyası çərçivəsində keçirilib.

Parlamentarilər mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini, o cümlədən mədəni mübadilələrin təşkili, sərgilərin keçirilməsi, birgə mədəniyyət mərkəzlərinin yaradılması, tarixi irsin qorunması, özbək və Azərbaycan dillərinin öyrənilməsinin təşviqini ətraflı müzakirə ediblər.

Sessiyanın ikinci hissəsində xüsusi diqqət turizmə yönəldilib. Parlamentlərarası qarşılıqlı fəaliyyətin yeni istiqamətlərindən biri kimi iştirakçılar viza prosedurlarının sadələşdirilməsinə, tarixi-mədəni və ekoloji turizmin inkişafına, investisiyaların cəlb edilməsinə və birgə turizm brendlərinin formalaşdırılmasına yönəlmiş təşəbbüslər irəli sürüblər.

Sessiyanın yekun bloku səhiyyəyə həsr olunub. Tibbi kadrların hazırlanmasında, elmi tədqiqat və texnologiyaların mübadiləsində, yoluxucu xəstəliklərin profilaktikasında, kənd yerlərində ilkin tibbi yardıma çıxışın genişləndirilməsində və sağlam həyat tərzinin təbliğində əməkdaşlığın dərinləşdirilməsi üzrə tədbirlər müzakirə edilib. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan insanlar üçün inklüziv tibbi və mədəni xidmətlərin yaradılması, idman-reabilitasiya mərkəzlərinin inkişafı üzrə təkliflər səsləndirilib.

Əvvəlki Yazı

Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslər barəsində qərar çıxarıb

Növbəti Yazı

Sahibə Qafarova: Forum qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.