İyun 15, 2025-21:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Pakistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

2025:01:24 - 13:18
in SİYASƏT
A A

23-24 yanvarda xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan İslam Respublikasında səfərdə olub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, 23 yanvar tarixində İslamabad şəhərində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib.

Nümayəndə heyətinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Pakistan tərəfindən xarici işlər nazirinin müavini Amna Baloç başçılıq ediblər.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Müxtəlif, o cümlədən yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.

Müzakirələr çərçivəsində, 2024-cü ildə Prezident İlham Əliyevin Pakistana dövlət səfəri və səfər çərçivəsində imzalanan ikitərəfli razılaşmalar, həmçinin Baş nazir Məhəmməd Şahbaz Şərifin Bakıda keçirilən COP29-un Liderlər Sammitində iştirakı dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Pakistan əlaqələrinin dinamik inkişafında yeni mərhələ kimi dəyərləndirilib. Hər iki tərəf münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edib.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.

Görüşdə tərəflər, həmçinin beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Nazir müavini Elnur Məmmədov Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İshaq Dar tərəfindən qəbul edilib. Görüş zamanı iki ölkə arasında strateji əməkdaşlığın inkişaf etdirilməsinin önəmi, qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

24 yanvar tarixində E.Məmmədov Azərbaycan Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak və çıxış edib.

Əvvəlki Yazı

Bakıda qəza-xilasetmə texnikalarının fəaliyyətini məhdudlaşdıran süni maneələr sökülüb

Növbəti Yazı

Azərbaycan “TotalEnergies” ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.