İyun 14, 2025-23:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Qazaxıstanın rabitə administrasiyalarının nümayəndələri arasında görüş keçirilib

2024:08:30 - 16:51
in İQTİSADİYYAT
A A

Avqustun 27-29-da Bakı şəhərində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi Nazirliyinin nümayəndələri arasında yerüstü xidmət tezliklərinin koordinasiyası ilə bağlı görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkə ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli 3981 nömrəli Sərəncamına əsasən Bakı şəhəri və şimal bölgəsində alınıb quraşdırılmış və yaxın vaxtlarda quraşdırılması nəzərdə tutulan FM radioyayım stansiyalarının maneəsiz istismarı üçün Qazaxıstanla koordinasiya işləri müzakirə olunub.

Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 oktyabr 2023-cü il tarixli 818s nömrəli Sərəncamı ilə təsdiq edilmiş DAB+ standartlı rəqəmsal radio yayımına keçidlə əlaqədar Bakı şəhərində quraşdırılmış və şimal bölgəsində quraşdırılacaq DAB+ standartlı rəqəmsal radioyayım stansiyalarının tezliklərinin koordinasiyası üzrə müzakirələr keçirilib. Qazaxıstan mütəxəssislərinin istəyi ilə Bakı şəhərində rəqəmsal radio yayımı üzrə aparılan işlər barədə təcrübə mübadiləsi aparılıb.

Görüş zamanı 700 MHs və 800 MHs tezlik zolaqlarında yeni nəsil mobil rabitə xidmətlərinin tətbiqi ilə bağlı müvafiq texniki razılaşmalar əldə olunub.

Koordinasiya görüşündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə yanaşı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Dövlət Radiotezliklər İdarəsi və “Teleradio” İB-nin mütəxəssisləri iştirak ediblər.

Əvvəlki Yazı

Azərbaycanın beynəlxalq təşkilatlardakı gömrük attaşeləri dövlət büdcəsindən maliyyələşdiriləcək

Növbəti Yazı

Akademik Fikrət Əliyev Türkiyədə keçirilən beynəlxalq konfransda çıxış edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.