İyun 17, 2025-18:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan və Rusiya onkologiya sahəsində əməkdaşlıq edəcək

2024:10:07 - 16:20
in SOSİAL
A A

Səhiyyə Nazirliyində Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin (NMRRC) baş direktoru akademik Andrey Kaprinlə görüş keçirilib.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev də iştirak edib.Səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, ölkələrimiz arasında sıx əlaqələr səhiyyə, o cümlədən onkologiya sahəsində əməkdaşlığın geniş spektrini müəyyənləşdirir. O, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialını bitirən məzunların ölkə səhiyyəsinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.Nazir çıxışında Azərbaycanda xərçəng xəstəliklərinin müalicəsi üzrə ciddi tədbirlərin həyata keçirildiyini və bu işin sistemli şəkildə davam etdirildiyini vurğulayıb: “Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqla təchiz olunub. Mərkəz respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur”.Rusiyanın Milli Tibbi Tədqiqat Radioloji Mərkəzinin yüksək peşəkar kadrları ilə tanındığını vurğulayan nazir onkologiya, radiologiya və urologiya sahəsində birgə elmi tədqiqatların həyata keçirilməsinin vacibliyini qeyd edib.Andrey Kaprin isə rəhbərlik etdiyi mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib, belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından vacibliyini bildirib. O, NMRRC-nin əsas fəaliyyətinin ən müasir üsul və texnologiyalardan istifadə etməklə xəstələrin müayinə və müalicəsini aparmaqdan ibarət olduğunu vurğulayıb. Rusiyalı mütəxəssis Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək keyfiyyətli müalicəsi üçün yaradılan müasir şəraitin dünya standartları səviyyəsində olduğunu bildirib.Görüşdə tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Əvvəlki Yazı

Bərdədə itkin düşən qızı qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti sudan çıxarılıb

Növbəti Yazı

Evində narkotik vasitə və odlu silah saxlayan şəxs barədə cinayət işi başlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.