İyul 25, 2025-6:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

2024:07:24 - 17:30
in SİYASƏT
A A

İyulun 23-də Moskva şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik ediblər.Tədbirdə Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəliyi formalaşdıran yüksək səviyyəli siyasi dialoqun dövlətlər arasında müttəfiqlik qarşılıqlı fəaliyyətin əsasını təşkil etməsi məmnunluqla vurğulanıb.Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında, həmçinin iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar və formatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib.Həmin gün nazir müavini Samir Şərifov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş keçirilib. Görüş zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə isə Xəzər məsələləri üzrə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf dinamikası müzakirə olunub.

Əvvəlki Yazı

Hikmət Hacıyev missiyasının başa çatması münasibətilə Polşanın səfiri ilə görüşüb

Növbəti Yazı

YAP Sədrinin müavini ilə MDB PA-nın uzunmüddətli müşahidə missiyasının üzvləri arasında görüş keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.