Sabah Azərbaycan və Serbiya arasında energetika sahəsində iki mühüm sənədin imzalanması gözlənilir.
“Report”un əldə etdiyi məlumata görə, sənədlər Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Yedovic Handanoviç arasında Bakıda baş tutacaq görüş çərçivəsində imzalanacaq.
Bunlar, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin SOCAR və “Srbijagas” şirkəti arasında qaz satışı müqaviləsidir.
Məlumatı “Report”a Energetika Nazirliyindən təsdiq ediblər.