Sentyabr 16, 2025-8:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan və Türkiyə arasında qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib

2024:03:04 - 16:49
in İQTİSADİYYAT
A A

Türkiyənin Qəhrəmanmaraş şəhərindən olan bir qrup iş adamı Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının dəstəyi ilə ölkəmizdə səfərdədir. Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və platformanın dəstəyi ilə “Bakı KOB evi”ndə Türkiyə və Azərbaycan iş adamları arasında birgə əməkdaşlıq və qarşılıqlı investisiya imkanları müzakirə edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə hər iki ölkədən xidmət, kənd təsərrüfatı, sənaye, İKT, tikinti, turizm və s. sektorlarda fəaliyyət göstərən 150-yə yaxın iş adamı iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Qəhrəmanmaraş Ticarət və Sənaye Palatasının sədri Mustafa Buluntu, Türkiyə Yüz İli Əməkdaşlıq və Həmrəylik Platformasının sədri Cengiz Aygör iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahəsində əməkdaşlığa, qarşılıqlı investisiya qoyuluşu imkanlarına, eləcə də zəlzələdən əziyyət çəkmiş Qəhrəmanmaraşda həyata keçirilən yenidənqurma işlərində Azərbaycanın roluna dair fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində AZPROMO tərəfindən ölkəmizin əlverişli investisiya mühiti və sərmayə qoyuluşu imkanları barədə təqdimat keçirilib, tekstil, tikinti, kənd təsərrüfatı, logistika, turizm, ticarət, qablaşdırma, elektrik sənayesi, elm və təhsil sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər təşkil olunub.

Əvvəlki Yazı

Milli Məclis və Bolqarıstan Xalq Məclisinin sədrləri ilə görüşüb

Növbəti Yazı

Azərbaycan ötən həftə Rusiyaya 3 milyona yaxın yumurta ixrac edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.