İyun 23, 2025-5:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Din və fəlsəfə

Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır

2024:05:29 - 10:44
in Din və fəlsəfə
A A

Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşü zamanı qeyd olunub.

Görüşdə iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, Azərbaycanla Türkiyə arasında digər istiqamətlərdə olduğu kimi, din sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub və hər iki tərəf bu əlaqələrin dərinləşdirilməsində, dini məsələlərin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.

R.Məmmədov həmçinin Türkiyənin Dəyanət Akademiyası və Diyanət Vəqfində də olub. Dəyanət Akademiyasının sədri Enver Osman Kaan ilə görüşdə xalqlar arasındakı tarix boyu formalaşmış möhkəm təməllərə əsaslanan qardaşlıq münasibətlərinə diqqət çəkilib. Qardaş ölkələrin dini-mənəvi sahədə əməkdaşlığının önəminin vurğulandığı görüşdə Dini Komitə ilə Türkiyənin Dəyanət İşləri İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu bildirilib.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin Türkiyəyə səfəri mayın 28-də başlayıb.

Əvvəlki Yazı

İtkin düşən yeniyetmələr tapılıb

Növbəti Yazı

Azərbaycanda IX dəfə Milli Marketinq Forumu keçiriləcək!

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.