Avqust 21, 2025-9:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan və Türkiyənin depozitarları əməliyyatlarla bağlı əməkdaşlığı müzakirə edib

2024:03:11 - 15:19
in SİYASƏT
A A

Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) və Türkiyənin mərkəzi depozitarı (MKK) arasında əməliyyatlarla bağlı əməkdaşlıq müzakirə edilib.

“Report” bu barədə MDM-yə istinadən xəbər verir.

Məlumata görə, MDM-nin və “Bakı Fond Birjası” QSC-nin (BFB) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfər ediblər. Səfər çərçivəsində MKK ilə həmçinin beynəlxalq əlaqələr, depo hesabları üzrə prosedur, komplayns məsələləri, depozitar qəbzlər və təşkilatlar arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.

Bundan başqa, Türkiyənin klirinq təşkilatı “Takasbank” ilə görüşdə pul hesabları, klirinq, hesablaşmalar və mərkəzi kontragent funksiyası barədə görüş iştirakçılarına ətraflı məlumat verilib. Görüşlər zamanı MDM və BFB-in nümayəndə heyətlərinin sualları cavablandırılıb və müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Türkiyənin fond birjası olan “Borsa İstanbul”un nümayəndələri ilə görüş keçirilib. Görüşdə Türkiyə birjasının əməkdaşları beynəlxalq əlaqələr, strateji planlaşdırma, insan resurslarının idarə edilməsi, biznesin inkişafı, listinq, informasiya texnologiyaları, üzvlük münasibətləri, audit və nəzarət kimi müxtəlif istiqamətlər üzrə təcrübələrini bölüşüblər.

Əvvəlki Yazı

Naxçıvanda UNICEF-in Azərbaycan nümayəndəliyi tərəfindən təlimlər keçirilir

Növbəti Yazı

Azərbaycan bank sektorunun xarici borcu ötən il 81% artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.