Avqust 17, 2025-3:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan və Türkiyənin Elmi-tədqiqat institutları birgə layihə həyata keçirirlər

2024:07:11 - 10:48
in SOSİAL
A A

Kənd Təsərrüfatı Nazirliyini Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Alata Bağçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ilə birgə müzakirələr aparılıb.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüş Elmi-tədqiqat institutlarının birgə həyata keçirdiyi “Ekstremal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Layihə iqlim dəyişikliyinin təsirləri kontekstində çəyirdəkli meyvələrdə, xüsusilə də ərik ağaclarının yetişdirilməsində ortaya çıxan texniki və iqtisadi çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır. Bunu təmin etmək üçün mobillik və təlim proqramları təşkil olunacaq.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı qonaqlara Azərbaycanda kənd təsərrüfatının, xüsusilə meyvəçiliyin mövcud vəziyyəti, prespektivləri haqqında ətraflı məlumat verərək, həyata keçiriləcək layihənin əhəmiyyətini vurğulayıb.

İnstitutun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələri əks etdirən təqdimatın nümayişindən sonra türkiyəli mütəxəssislər istixana və laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olub, Zərdabi adına Elmi-Təcrübə Bazasında salınmış ərik bağında məhsul yığımını müşahidə ediblər.

Daha sonra qonaqlar institutun həyata keçirdiyi “Ağıllı bağ” layihəsi və superintensiv fındıq bağı ilə tanış olub, həmçinin ərik istehsalı ilə məşğul olan fermerin təsərrüfatına baş çəkiblər.

Əvvəlki Yazı

Azərbaycan Böyük Britaniya ilə “yaşıl enerji”yə keçidi müzakirə edib

Növbəti Yazı

Bakının iki rayonunda qaz olmayacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.