“Report” xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.
“Almaniya xalqını Milli Günü münasibətilə ürəkdən təbrik edirik! Milli bayramınız mübarək!”, – təbrikdə bildirilib.
XİN İraqı da Milli Günü münasibətilə təbrik edib.
“İraq xalqını və hökumətini Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!” – XİN-in təbrikində qeyd olunub.
Nazirlik eyni zamanda, Koreya Respublikasına Milli Günü münasibətilə təbrik ünvanlayıb.
“Koreya Respublikasının Milli Günü münasibəti ilə Koreya xalqını təbrik edirik!”, – təbrikdə bildirilib.