Teleqraf xəbər verir ki, bu barədə XİN-nin “X” hesabında paylaşım edilib.
“İraqın Kut şəhərində ticarət mərkəzində baş vermiş dağıdıcı yanğında həyatını itirənlərin faciəli itkisinə dərin kədərimizi bildiririk. Qurbanların ailələrinə, yaxınlarına, eləcə də dost ölkə İraq hökumətinə və xalqına səmimi başsağlığı veririk. Yaralılara tezliklə sağalmağı, kədər çəkənlərə isə səbir və güc arzu edirik”, – paylaşımda deyilir.
Qeyd edək ki, Bağdadın cənubunda yerləşən Kut rayonunda ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində təxminən 50 nəfər həyatını itirib.
Bölgədə üçgünlük matəm elan olunub.