Avqust 27, 2025-15:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq təlimdə iştirak edirlər

2024:05:08 - 13:22
in SİYASƏT
A A
Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər.“Report” xəbər verir ki, onlardan biri “EFES – 2024”, digəri isə “Anadolu Ankası-2024” təlimləridir.“EFES – 2024” təlimi 25 aprel-8 may və 9-30 may tarixləri olmaqla iki mərhələdə keçirilir. Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən çoxmillətli təlimdə 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyət iştirak edir. Bu ölkələr Türkiyə, Azərbaycan, Almaniya, ABŞ, Albaniya, Avstraliya, Bəhreyn, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Bosniya və Herseqovina, Braziliya, Burkina Faso, Mərakeş, Filippin, Fransa, Qambiya, Qvineya, Gürcüstan, İtaliya, Kamerun, Qətər, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Konqo, Kosovo, Küveyt, Şimali Makedoniya, Misir, Latviya, Liviya, Macarıstan, Mali, Meksika, Monqolustan, Moldova, Niger, Nigeriya, Özbəkistan, Pakistan, Polşa, Ruanda, Somali, Səudiyyə Ərəbistanı, Tacikistan, Tanzaniya, Uqanda, Zambiya və Zimbabvedir.“EFES – 2024” bu günə qədər keçirilən “EFES” seriyalı təlimlər arasında iştirakçı sayına görə ən böyük təlim olacaq. Təlim çərçivəsində mayın 28-də İzmir Seferihisardakı Doğanbey Təlim sahəsində 48 müdafiə sənayesi şirkəti tərəfindən müdafiə sənayesi sərgisi açılacaq. Təlimin Faktiki Atış Sahəsi Fazasının elit müşahidəçi günü mayın 29-30-da keçiriləcək.

Bundan başqa, Azərbaycan, Qətər, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında “Anadolu Ankası-2024” beynəlxalq təlimi keçirilir.6-17 may tarixini əhatə edən təlimin məqsədi şəxsi heyətin xilasetmə əməliyyatları çərçivəsində komanda və idarəetmə prosesini sınaqdan keçirmək və təkmilləşdirmək, şəxsi heyətin xilasetmə əməliyyat qrupunun ünsürləri ilə döyüş şəraitində digər ölkələrlə qarşılıqlı fəaliyyət səviyyəsini yüksəltmək, həmçinin əməkdaşlıq sahələrini müəyyən etməkdir.Mayın 16-da Türkiyənin Jandarma Baş Komandanlığı və Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə yanaşı, xarici tərəfdaşların da qatılacağı təlimin mətbuat günü keçiriləcək.

Əvvəlki Yazı

İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Növbəti Yazı

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.