İyun 22, 2025-22:25
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Azərbaycan yaşıl enerjinin qəbulu və ötürülməsi üçün elektrik şəbəkələrini uyğunlaşdırır

2024:06:05 - 17:20
in GÜNDƏM
A A

Bərpa olunan enerji mənbələrinin sürətləndirilmiş şəkildə tətbiqi üçün əsas problemlərdən biri elektrik şəbəkələrinin məhdudiyyətləridir.

“APA-Economics”in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bildirib.

Onun sözlərinə görə, bu problem təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində də özünü göstərir.

Əfqan İsayev onu qeyd edib ki, hazırda hökumət və Energetika Nazirliyi elektrik şəbəkəsinin təkmilləşdirilməsi üçün müvafiq işlər aparır. Bu, yaşıl enerjinin ümumi enerji sisteminə qəbulunu və ötürülməsini uyğunlaşdırmağa imkan verəcək.

Vitse-prezidentin sözlərinə görə, qeyd olunan problemi həll etməyin yollarından biri – enerjinin saxlanması üçün akkumulyator sistemlərinin quraşdırılmasıdır.

“Hazırda bu, kifayət qədər bahadır, lakin ümid edirik ki, texnologiyanın inkişafı ilə xərcləri əhəmiyyətli dərəcədə azaltmaq və bu sistemlərin tətbiqini sürətləndirmək mümkün olacaq”, – Əfqan İsayev qeyd edib.

Əvvəlki Yazı

Azərbaycanın “yaşıl enerji” sektorunun inkişafı sahəsində ABŞ şirkətləri ilə tərəfdaşlıq imkanları müzakirə edilib

Növbəti Yazı

Azərbaycanda təbii inhisar subyektlərinə dövlət nəzarəti müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.