Avqust 24, 2025-1:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycana turist axını 30 %-dən çox artıb

2023:11:29 - 15:08
in İQTİSADİYYAT
A A

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 186 ölkədən 1 723,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Gələnlərin 30,7 %-i Rusiya, 17,9 %-i Türkiyə, 7,7 %-i İran, 5,1 %-i Hindistan, 4,8 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 2,8 %-i Qazaxıstan, 2,5 %-i Pakistan, 1,9 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 1,8 %-i Özbəkistan, 1,6 %-i İsrail, hər birindən 1,5 % olmaqla Ukrayna və Küveyt, 1,4 %-i Belarus, hər birindən 1,2 % olmaqla Türkmənistan və Çin, 1,1 %-i Böyük Britaniya, 11,2 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 69,9 %-ni kişilər, 30,1 %-ni qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan – 3,5 dəfə, Türkmənistandan – 2,7 dəfə, Polşadan – 2,0 dəfə, Hindistandan – 2,0 dəfə, Qazaxıstandan – 1,9 dəfə, Tacikistandan – 1,8 dəfə, Misirdən – 1,8 dəfə, Qırğızıstandan – 1,8 dəfə, Bəhreyndən – 1,7 dəfə, Filippindən – 1,7 dəfə, İtaliyadan – 1,6 dəfə, İspaniyadan – 1,6 dəfə, Moldovadan – 1,5 dəfə, Belarusdan – 1,5 dəfə, Özbəkistandan – 1,5 dəfə, Rusiya Federasiyasından – 45,8 %, Kanadadan – 42,7 %, ABŞ-dan – 39,4 %, Gürcüstandan – 30,5 %, Niderlanddan – 29,4 %, Küveytdən – 27,3 %, İsraildən – 27,2 %, Fransadan – 26,9 %, Böyük Britaniyadan – 25,7 %, Almaniyadan – 22 %, Türkiyədən – 20,3 %, Ukraynadan – 11,1 %, BƏƏ-dən isə 10 % artıb.

Bundan başqa, son 1 ildə MDB ölkələrindən gələnlərin sayı 49,6 % artaraq 692,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 % artaraq 89,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7,4 % azalaraq 284,7 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,1 %-i hava, 26,6 %-i dəmir yolu və avtomobil, 1,3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Əvvəlki Yazı

Stoltenberq: F-16-ların Ukraynaya çatdırılma tarixi hələ məlum deyil

Növbəti Yazı

Bayden: ABŞ Qəzzada zorakılığın davam etməsinə icazə verə bilməz

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.