İyun 17, 2025-10:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycana türk dövlətlərindən səfər edən turistlərin sayı artıb

2023:10:11 - 17:39
in MƏDƏNİYYƏT
A A
Oktyabrın 11-də Qazaxıstanın Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) turizmə məsul nazirlərinin 8-ci toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə son illərdə Azərbaycana türk dövlətlərindən səfər edən turistlərin sayının artdığını qeyd edib. Bildirib ki, 2023-cü ilin 9 ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan, Özbəkistan, Türkiyə, Macarıstan, Qırğızıstan, Türkmənistan vətəndaşlarının sayında ardıcıllığa müvafiq olaraq 32 faiz, 59 faiz, 20 faiz, 91 faiz, 78 faiz, 188 faiz artımlar müşahidə edilib. Kənan Quluzadə, həmçinin şəhərlər arasında birbaşa uçuşların sayında da artımın qeydə alındığını və prosesin qarşılıqlı olduğunu diqqətə çatdırıb.

Sədr müşaviri Azərbaycanın 2023-cü ilin sonunadək ümumilikdə 2 milyona yaxın əcnəbi vətəndaşı qəbul edəcəyini, bu rəqəmin 2026-cı ildə 4 milyona çatmasının gözlənildiyini bildirib. Qeyd edib ki, 2026-cı ildə turizmdən gələn gəlirlərin 10 milyard manata çatdırılması proqnozlaşdırılır.

Bundan əlavə, tədbirdə Şamaxı şəhərinin 2023-ci il üçün Türk Dünyasının Turizm Paytaxtı seçilməsi layihəsi ilə bağlı iştirakçılara məlumat verilib. Toplantının nəticəsi olaraq 2024-cü il üçün Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının Turizm Paytaxtı seçilib.

Tədbir oktyabrın 12-də keçiriləcək “Türküstan: Türk Dünyasının Turizm Paytaxtı” beynəlxalq forumu ilə işini davam etdirəcək. Azərbaycan nümayəndə heyəti forumda iştirak edəcək.

Əvvəlki Yazı

Beynəlxalq Muğam Mərkəzindən yeni kitab: Xanəndə Məşədi Qafar Qaryağdı

Növbəti Yazı

Bild: Münaqişə artarsa, İsrail beş cəbhədə müharibə ilə üzləşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.