İyul 18, 2025-12:14
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycanda 100 kiloqrama yaxın narkotik vasitə aşkar edildi

Azərbaycanda polis narkotiklərlə bağlı əməliyyat keçirib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 12-də və 13-də ümumi çəkisi 100 kiloqrama yaxın narkotik vasitə və 10310 ədəd psixotrop tərkibli həb götürülüb, yabanı halda bitmiş 7009 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.