Azərbaycanda martın birinə olan məlumata əsasən, 3 700-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılaraq sistemləşdirilib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında deyib.
Onun sözlərinə görə, 2023-cü ildən etibarən bioloji nümunələrin toplanması işi Prezidenti İlham Əliyevin tapşırığı ilə 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır:
“Mərkəz toplanmış bioloji nümunələrin DNT profillərini çıxararaq arxivləşdirir”.