Bu ilin yanvarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 1 milyard 5 milyon 831,55 min ABŞ dolları dəyərində 463 min 175,6 ton məhsul daşınıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 4,5 % az və 4,2 % çoxdur.
2026-cı ilin ilk ayında avtomobil nəqliyyatı ilə 193 milyon 163,2 min ABŞ dolları (21,5 % çox) dəyərində 184 min 871 ton (6,4 % az) yük ixrac olunub, 812 milyon 668,4 min ABŞ dolları (1 % çox) dəyərində 278 min 305 ton (3,1 % az) yük idxal edilib.
