İyun 21, 2025-9:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid müzakirə olunub

2023:11:14 - 16:26
in SOSİAL
A A

Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Filialı tərəfindən “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” mövzusunda seminar keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Report”a verilən məlumata görə, seminarda dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti institutları, akademiya və təhsil müəssisələrinin nümayəndələri, iqlim dəyişmələri və nəqliyyat sahəsi üzrə ekspertlər iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda iqlim dəyişmələri təsirlərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bunlardan biri də nəqliyyat sektorundan emissiyaların azaldılmasına yönələn elektrik və hibrid mühərrikli yeni avtomobillərin idxal və əlavə dəyər vergisindən azad olunmasıdır. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi, beynəlxalq əmakdaşlıq imkanlarının daha da genişləndirilməsi iqlimə təsirlərin azaldılmasına imkan verəcək.

Paris Sazişi çərçivəsində nəzərdə tutulan istixana effekti yaradan qazların emissiyalarının azaldılması hədəfinə nail olmağa töhfə verəcək fəaliyyətlər Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə nəzərdə tutulmuş tədbirlərlə tam uzlaşır. Gələcəkdə az tullantılı və tullantısız elektrik avtonəqliyyatının təşviqi istiqamətində həyata keçirilən fəaliyyət hava keyfiyyətinin yaxşılaşdırılmasına və nəqliyyat sektorunun səmərəliliyinin artırmasına töhfə verəcək.

Əvvəlki Yazı

Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycanın tarixi Qələbəsindən bəhs edən kitabın təqdimatı olub

Növbəti Yazı

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.