Sentyabr 14, 2025-2:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda bərpa olunan enerji üzrə ilk hərracın qalibi COP29-da elan ediləcək – EKSKLÜZİV

2024:09:18 - 17:00
in İQTİSADİYYAT
A A

Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı elan ediləcək.

Bunu “Report”a açıqlamasında Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agenrliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, agentlik hərracda iştirak etmək istəyən müxtəlif şirkətlərdən müraciətləri qəbul edir.

Xatırladaq ki, bu ilin aprel ayında Energetika Nazirliyi Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üçün tender elan edib. Hərrac “yaşıl enerji”nin inkişafı üzrə dövlət siyasəti çərçivəsində keçirilir və bu sektora özəl, o cümlədən xarici investisiyaların cəlb edilməsinə yönəlib. İkimərhələli açıq hərrac 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin ümumi elektrik enerjisi istehsalında payını ən azı 30 %-ə çatdırmaq hədəfinə nail olmaq üçün atılan addımlardan biridir. Hərracın keçirilməsi həmçinin COP29-a hazırlıqla əlaqədardır və “Yaşıl dünya naminə həmrəylik ili” təşəbbüslərini dəstəkləyir.

Əvvəlki Yazı

Azər Məmmədov: “Azərbaycan qazlaşma səviyyəsinə görə dünyada birincidir”

Növbəti Yazı

Azərbaycan XİN: ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.