“Report” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrup”un tərkibinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini, Dövlət Neft Şirkətinin vitse-prezidenti, “Azərenerji” ASC-nin İdarə Heyəti sədrinin müavini və “Azərişıq” ASC-nin sədrinin müavini, “Yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini üzrə Alt İşçi qrup”a “Azərenerji”nin İH sədrinin müavini əlavə edilib, “Təhsil üzrə Alt İşçi qrup”a isə kənd təsərrüfatı nazirinin müavini daxil edilib.